DünyaXəbərlər

FİFA futbolçulara islamofobiya əleyhinə mesaj olan bilərzik taxmağı qadağan etdi

FİFA rəsmiləri Qətər rəhbərliyinə Dünya Çempionatında islamofobiyaya qarşı mesaj olan bilərziklərin yayılmasını qadağan edib.

Çempionata cavabdeh olan Qətər rəsmiləri milli komandaların kapitanlarına Fələstin baş örtüyünü xatırladan rənglərdə “İslamofobiyaya yer yoxdur” yazısı olan xüsusi bilərziklər paylamağı təklif ediblər.

Qətər rəsmisi Sky News-a deyib: “Çempionat başlamazdan əvvəl Qətər və bəzi digər müsəlman komandaları genişlənən İslamofobiya problemi haqqında məlumatlılığı artırmaq üçün bilərzik taxmağı müzakirə etdilər. Lakin FİFA nümayəndələri bunun qaydaları pozduğunu bildirdilər və nəticədə bilərziklərlə aksiya baş tutmadı”.

Futbol federasiyası indi belə danışıqların olmasını inkar edir və şərh verməkdən boyun qaçırır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button