DünyaXəbərlər

Minnesotada polisin qaradərilini öldürməsindən sonra etirazlar başlayıb

Bazar günü ABŞ-ın Bruklin-Senter şəhərində (Minnesota ştatı) qaradərili vətəndaşın polis tərəfindən öldürməsindən sonra şəhərdə etirazlar başlayıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Star Tribune” qəzeti məlumat yayıb.

Məlumata görə, şəhər polisinin əməkdaşları yol hərəkəti qaydalarının pozuntusu səbəbindən 20 yaşlı Dante Raytın avtomobilini saxlayıblar. Onlar həmçinin qaradərili gəncin həbsi üçün order verildiyini öyrəniblər. Həbs orderinin verilmə səbəbi açıqlanmayıb.

Rayt onu saxlamağa çalışan polisin tələblərinə tabe olmayaraq yenidən avtomobilinə minib. Bundan sonra polis zabitlərindən biri gəncə atəş açıb. Onun avtomobili bir neçə küçəni keçərək başqa bir avtomobilə çırpılıb.

Rayta tibbi yardım göstərilib, lakin o, hadisə yerindəcə keçinib. Avtomobildə qadın da var imiş. O, aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib və həyatı üçün heç bir təhlükə yoxdur.

Hadisədən sonra təxminən 500 nəfər şəhər polis idarəsinin binası qarşısına toplaşıb. Onlar polisin tələbi ilə dağılışmaqdan imtina ediblər. Cavab olaraq polis gözyaşardıcı qaz, küy qumbarası və rezin güllələrdən istifadə edib.

Bundan başqa, təxminən, 200 nəfər Raytın öldüyü yerə gəlib və iki polis maşınına ziyan vurub. Etirazçılar ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurmalar da baş verib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button