
Müqəddəs Ramazan ayını yaşamaqdayıq. Bu il də ümmət öncəki illərdə olduğu kimi mübarək aya fərqli günlərdə başlayıb.
Belə ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Körfəz ərəb dövlətləri, İndoneziya, Malayziya, əksər Afrika və bir sıra digər ölkələrdə müsəlmanlar artıq aprelin 13-dən Ramazan orucunu tuturlar.
Pakistan, Hindistan, Bruney, Bangladeş, Oman, Mərakeş, İran, İraq, Azərbaycan və bir sıra digər ölkələrdə isə Ramazanın birinci günü sabaha, yəni aprelin 14-nə təsadüf edib.
İslam.az ümmətin bütün üzvlərini, Mübarək Ramazan ayına həm 13-də başlayanları, həm də 14-də başlayacaq müsəlmanları Allahın ziyafət ayının gəlməsi münasibəti ilə təbrik edir, onlara dünya və axirət səadəti diləyir!