Hörmətli oxucular, əziz müsəlmanlar!
Müqəddəs 3 aylardan (Rəcəb, Şaban, Ramazan) ikincisi olan Şaban ayının astanasındayıq. Bu il Şaban ayının 1-i fevralın 22-nə təsadüf edir. Yəni, fevralın 21-dən 22-nə keçən gecə Şaban ayının ilk gecəsi olacaq.
Bu ay hər bir müsəlman üçün mənəviyyatını kamilləşdirmək və nuraniyyətini artırmaq üçün gözəl şansdır. Bu ayın özünəməxsus fəzilət və bərəkəti, eləcə də, bir çox dua və əməlləri vardır. Bu əməllər və dualar əks olunan məqalələr saytımızda müvafiq blokda təqdim ediləcək.
Allah sizə Allahın razılığını qazanaraq digər iki mübarək aya pak qədəm qoymağı nəsib etsin!