AktualXəbərlər

Mübarək Ramazan ayı başlayır

Şaban ayı sona çatır və 11 ayın sultanı, Mübarək Ramazan ayı başlayır.

Ramazan ayının ölkəmizə martın 11-də qədəm qoymasına dair Qafqaz Müsəlmanları İdarəsinin müvafiq məlumatı verilib.

İslam.az Ramazan ayına dair meydana gələcək mümkün suallara cavabları, həmçinin orucun özəllikləri və digər məsələlərə aydınlıq gətirən məqalələri bir rubrikada cəmləyərək oxuculara təqdim edir. Həmin rubrikaya aid məqalələri ana səhifədə blokda da görə bilərsiz. Həmçinin Ramazan ayında tutulacaq oruc təqvimi və bu ayda İslam tarixində baş verən əlamətdar hadisələr ilə də izləyicilərimiz saytımızda tanış ola bilərlər.

İslam.az kollektivi bütün İslam aləmini Allahın rəhmət və bərəkət ayı – Ramazının başlanması münasibəti ilə təbrik edir. Ramazan orucuna başlayan müsəlmanlara “Allah qəbul eləsin” deyir, bu ayın fəzilətindən maksimal dərəcədə yararlanmalarını diləyirik!

Ramazan ayınız mübarək olsun!

 

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button