Ötən gün “Azərbaycan Milli Kimliyi” layihəsində iştirak edən tədqiqatçılar, dəyərli alim, sənət adamları və ziyalılar iftar süfrəsində bir araya gəldilər.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin dəstəyi ilə təşkil edilmiş iftar süfrəsi eyni zamanda görkəmli Azərbaycan ilahiyyatçısı, xalqın sevimli xətibi mərhum Hacı Şahin Həsənlinin xatirəsinə həsr edilmişdir.
İftar süfrəsində çıxış edən ziyalı va alimlər Azərbaycan milli kimliyinin qorunması istiqamətində həyata keçirilən bu mühüm layihəni yüksək qiymətləndirdilər; milli kimliyin unikallığının xarici təhdidlərdən qorunmasının həyatı vacibliyini vurğuladılar; Hacı Şahinin milli-mənəvi dəyərlərimizin təbliği sahəsində əvəzolunmaz xidmətləri qeyd etdilər.