Dünya

Bu gün, aprelin 17-i, ehtimal edilən növbəti Qədr gecəsidir

Mübarək Ramazan ayının 26-dan 27-nə keçən gecə (bu il aprelin 18-nə keçən gecə) ehtimal edilən növbəti Qədr gecəsidir.

Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub. Onun konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında “Əhya gecələri” kimi də tanınır.

Əhli-sünnə nəzərinə əsasən, Qədr gecəsinin ən çox məhz mübarək Ramazan ayının 26-dan 27-nə keçən gecəyə təsadüf etməsi ehtimal edilir.

Bu gün Qədr gecəsini qeyd edən müsəlmanların Allah ibadətlərini qəbul etsin!

 

 

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button