
Almaniya hökuməti müqəddəs Ramazan ayı ərzində məscidlərdə azanın səsucaldanlardan verilməsinə icazə verib.
Bu barədə İslam.az az.shafaqna.com-a istinadla xəbər verir.
Federal hakimiyyət hesab edir ki, məscidlərin səsucaldanlardan azan verməsi pandemiya dövründə müsəlmanlar üçün dəstək jestidir.
Ötən ilə də Almaniya və Niderlandda 100-ə yaxın məscidin səsucaldanlardan azan verməsinə icazə verilmişdi.
Qeyd edək ki, Almaniyada, bir qayda olaraq, azanın səsucaldanlardan verilməsi qadağandır, bəzi xüsusi hallar isə istisnadır.