AktualXəbərlər

Aprelin 28-nə keçən gecə imam Həsənin (ə) mövludunun ildönümüdür

Bu gecə (bu il aprelin 28-nə keçən gecə) Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı – imam Həsənin (ə) mövludunun ildönümüdür.

Imam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

Bu mübarək gün münasibəti ilə islam.az kollektivi bütün müsəlmanları təbrik edir, onlara imam Həsən (ə) müdrikliyi və səbri diləyirik!

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button