DünyaXəbərlər

İsveçdə müsəlman məzarlığına hücum edildi

İsveçin cənubunda yerləşən Malmö şəhərində müsəlman məzarlığına hücum edilib.

İslam.az az.shafaqna.com-a istinadən xəbər verir ki, vandalizm aktı Rozenqard rayonunda baş verib. Naməlum şəxslər 10 qəbrin başdaşını zədələyiblər.

Faktla bağlı istintaq aparılır.

İsveçin “Fərqli rənglər” partiyasının sədri Mikayıl Yüksəl bildirib ki, son illər ölkədə müsəlmanlara qarşı nifrət təzahürləri faktlarının sayı artıb.

Onun sözlərinə görə, ölkədə nifrət zəminində müsəlmanlara qarşı hücumların olmadığı gün yoxdur.

“Bu planda müsəlmanların Avropa və İsveçdə ən zəif qrup olmasına baxmayaraq, hökumətlər və siyasi partiyalar bu istiqamətdə qətedici tədbirlər görmürlər”, – deyə o əlavə edib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button