Dünya
Fələstinin baş naziri: “İsrail Qəzzada məqsədlərinə çatmayıb”
İsrail hakimiyyəti Qəzza zolağına təcavüz zamanı qarşıya qoyulan məqsədlərin heç birinə nail ola bilməyib.
Bunu Fələstinin baş naziri Məhəmməd Ştayye deyib.
“İsrail Qəzza zolağına qarşı müharibədə məqsədlərinin heç birinə nail olmayıb”, – “Al Hadath” telekanalı baş nazirdən sitat gətirib.
Ştayye vurğulayıb ki, İsrail Fələstin-İsrail münaqişəsinin oktyabrın 7-də başlayan yeni raundundan çox əvvəl Qəzzaya qarşı sistemli müharibə aparıb.
Fələstinin baş naziri hesab edir ki, İsrail “Fələstin probleminin iki dövlətli həlli ideyasını məhv etmək, Qəzza zolağını ümumi Fələstin çərçivəsindən çıxarmaq” məqsədini güdür.