AktualXəbərlər

Əhya gecələri bu il nə vaxta düşür?

Mübarək Ramazan ayını yaşamaqdayıq. Bu Müqəddəs ay ilə bağlı portalımızın elektron ünvanına çox sayda suallar daxil olur. Onların böyük hissəsi də bu il əhya gecələrinin hansı tarixə təsadüf etməsi ilə əlaqəlidir.

İslam.az oxucuların nəzərinə çatdırır ki, ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2021-ci ildə bu gecələr mayın 1-dən 2-nə, 3-dan 4-nə və 5-dən 6-na keçən gecələrdir. Bu gecələrdə hansı əməllərin yerinə yetirilməsinə gəldikdə isə, həmin gecələr ərəfəsində saytımızın ana səhifəsində bu barədə ətraflı məlumat təqdim ediləcək.

Qeyd edək ki, əhli-sünnəyə görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Bu il həmin gecə mayın 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button