Dünya

İsrail ordusu İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə hücum edib

İsrail ordusu İordan çayının qərb sahilindəki şəhərlərə hücum edib.

Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail qoşunları Cenin, Qalkilya və Hebron şəhərlərinə reydlər və basqınlar həyata keçirir, həmçinin Fələstin vətəndaşlarının həbs olunduğu Nablus və Salfit yaxınlığında yerləşən yaşayış məntəqələrində hərbi əməliyyatlar aparır.

Bundan əlavə, Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin əsgərləri ilə Fələstin müqavimət döyüşçüləri arasında toqquşmaların olduğu bildirilir.

Livanın “Al Mayadeen” telekanalı bildirb ki, Fələstin anklavının şimal-qərbində küçə döyüşləri gedir və İsrail Hərbi Dəniz Qüvvələri Qəzzanın cənubunda Xan Yunis və Rəfah yaxınlığındakı sahil xəttini intensiv atəşə tutur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button