Almaniya əhalisinin təxminən 6,5%-ni müsəlmanlar təşkil edir. Üstəlik, onların, demək olar ki, yarısı Almaniya vətəndaşlarıdır.
Bu barədə Almaniyanın miqrasiya və qaçqınların işi üzrə federal qurumu məlumat verib.
İslam.az az.shafaqna.com-a istinadən xəbər verir ki, Ölkədə 5,3-5,6 milyon müsəlman yaşayır və bu rəqəm 5 il öncəki rəqəmdən 1 milyon çoxdur.
Araşdırmalar göstərir ki, hazırda müsəlmanlar Almaniya cəmiyyətinin 6,4-6,7 faizini təşkil edir.
Ölkədəki müsəlmanların – 45%-i Türkiyədən gələnlər və onların övladlarıdır; 27%-i Yaxın Şərq və Şimali Afrika əsilli; 20%-i isə Cənub-Şərqi Avropa əsillidir.