AzərbaycanXəbərlər

Gənclər yolda olanlara iftar paketləri payladı

Müqəddəs Ramazan ayı ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi və “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin birgə əməkdaşlığı ilə xeyriyyə həftələrinin keçirilməsinə start verilib.

İlk xeyriyyə həftəsi çərçivəsində Regional Mərkəzin dəstəyi və ASAN könüllülərinin iştirakı ilə Bakı şəhərinin fərqli yerlərində iftar saatı ərəfəsində yolda olan və iftara çatmayan insanlara kiçik qida paketləri və su paylanıb.

Daha bir neçə gün davam edəcək aksiyanın məqsədi Ramazan ayı və xeyirxahlıq ənənələri ilə yanaşı, həm də könüllülük fəaliyyətini cəmiyyətdə təbliğ etmək və insanlarda xoş təəssürat yaratmaqdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button