“Əyyamul-bəyz” əməlləri
Rəcəb ayının 13-cü, 14-cü və 15-ci günlərinin (“Əyyamul-bəyz”) əməlləri:
1. Oruc tutmaq. Qəzası olanlar qəza niyyəti ilə, qəzası olmayanlar “Rəcəb ayının müstəhəb orucu” niyyəti ilə oruc tutsunlar.
2. Rəcəb ayının 13-cü gecəsi (yanvarın 25-nə keçən gecə) 2 rükət namaz qılınır. Hər rükətdə “Fatihə”dən sonra “Ya Sin” və “Mülk” surələri oxunur.
3. 14-cü gecə (yanvarın 26-na keçən gecə) 4 rükət namaz qılınır (2 dəfə 2 rükətli namaz). Bu namazda da hər rükətdə “Fatihə”dən sonra “Ya Sin” və “Mülk” surələri oxunur.
4. 15-ci gecə (yanvarın 27-nə keçən gecə) bu qayda ilə 6 rükət (3 dəfə 2 rükətli namaz) namaz qılınır. Bütün bu namazlar “Əyyamul-bəyz namazı” niyyəti ilə qılınmalıdır.
5. 15-ci gecə və 15-ci gün qüsl almaq, habelə İmam Hüseyni (ə) ziyarət etmək (uzaqda olanlar uzaqdan da ziyarətnaməni oxuya bilərlər).