İslamda əlli dörd fərz
Etiqad, əməl və əxlaq məsələlərində İslamın əsas prinsiplərini müsəlmanlara öyrətməyi asanlaşdırmaq məqsədilə İslam alimlərinin Qurani-kərimdən və sünnədən çıxardıqları bəzi əmr və qadağanlardır.
Bunları aşağıdakı 54 maddə halında toplamışlar:
1. Allahın varlığına və birliyinə inanmaq;
2. Halal yeyib-içmək;
3. Qüsl almaq;
4. Dəstəmaz almaq;
5. Beş vaxt namaz qılmaq;
6. Ruzini verənin Allah-təala olduğuna inanmaq;
7. Halal və təmiz paltarlar geyinmək;
8. Allaha təvəkkül etmək;
9. Qənaətkar olmaq;
10. Verdiyi nemətlərə görə Allaha şükr etmək;
11. Allahın verdiyi hökmə (qəza-qədərə) razı olmaq;
12. Allahdan gələn bəlalara səbr etmək;
13. Günahlardan ötrü tövbə etmək;
14. Allah rizası üçün ibadət etmək;
15. Şeytanı düşmən bilmək;
16. Quranın hökmünə razı olmaq;
17. Ölümün haqq olduğuna inanmaq;
18. Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq;
19. Ana-ata ilə yaxşı davranmaq;
20. Yaxşı əməllərə dəvət edib, pis işlərdən çəkindirmək;
21. Qohum-əqrabanı ziyarət etmək;
22. Əmanətə xəyanət etməmək;
23. Allahın qəzəbindən qorxaraq, həddi aşmağı və pozğunluğu tərk etmək;
24. Allaha və Rəsuluna itaət etmək;
25. Günahlardan çəkinib, ibadətlərlə məşğul olmaq;
26. İdarəçilərə itaət etmək;
27. Aləmə ibrət nəzəri ilə baxmaq;
28. Allah-təalanın varlığı barədə düşünmək;
29. Dilini hər cür pis sözdən qorumaq;
30. Qəlbi təmiz saxlamaq;
31. Heç kimi məsxərəyə qoymamaq;
32. Harama baxmamaq;
33. Verdiyi sözə sadiq qalmaq;
34. Qulağını pis sözləri eşitməkdən qorumaq;
35. Elm öyrənmək;
36. Çəkidə və ölçüdə aldatmamaq;
37. Allahın əzabından daim qorxmaq;
38. Zəkat vermək və yardım göstərmək;
39. Allahın rəhmətindən ümid kəsməmək;
40. Nəfsinin istəklərinə tabe olmamaq;
41. Allah rizası üçün kasıblara yemək vermək;
42. Kifayət edəcək qədər ruzi qazanmaq üçün çalışmaq;
43. Malının və hər cür qazancının zəkatını vermək;
44. Aybaşı və nifas halında olan xanımı ilə cinsi münasibətdə olmamaq;
45. Qəlbini günahlardan təmizləmək;
46. Təkəbbürdən uzaq olmaq;
47. Yetkinlik yaşına çatmamış yetimin malını qorumaq;
48. Ləvatdan və hər cür cinsi pozğunluqdan çəkinmək;
49. Beş vaxt namazı vaxtında qılıb, qəzaya qoymamaq;
50. Nahaq yerə heç kəsin malını yeməmək;
51. Allah-təalaya şərik qoşmamaq;
52. Zinadan çəkinmək;
53. Şərab kimi məstedici içkiləri içməmək;
54. Lüzumsuz və yalan yerə and içməmək.
islam.az