Dünya
Ehtimal edilən növbəti Qədr gecəsi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dərc etdiyi təqvimə əsasən, bu gecə (aprelin 2-ə keçən gecə) ehtimal edilən üçüncü Qədr gecəsidir.
Eyni zamanda bildirək ki, dünyanın bəzi ölkələrində müsəlmanlar Ramazan orucuna bir gün sonra (martın 12-də) başlayıblar və təbii olaraq, onlar Qədr gecəsini sabah qeyd edəcəklər.
Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub. Onun konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında “Əhya gecələri” kimi də tanınır.
Allah ibadətlərinizi qəbul etsin!