İsrail rejimi Qəzzaya hava hücumu edib.
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, nəticədə 9-u uşaq olmaqla 21 nəfər şəhid olub, 65 nəfər yaralanıb.
Həyatını itirənlər arasında İzzəddin Əl-Qəssam Briqadalarının səhra komandiri Sabir Süleymani də var.
Fələstin müqavimət qruplarının irəli sürdükləri ultimatumun müddəti sona çatdıqdan sonra, xəbər mənbələri Qəzzanın şimalında İsrail rejiminin hərbi maşınlarına hücum və Təl-Əviv başda olmaqla sionist rejimin şəhərlərinə onlarla raketin atıldığını bildiriblər.
Bölgədə gərginlik qalmaqdadı.