Xəbərlər

Dünya müsəlmanlarının sayı növbəti 10 il ərzində 350 milyon nəfər artacaq

Sinqapurun “Crescent Rating” araşdırma mərkəzinin verdiyi proqnoza əsasən, növbəti 10 il ərzində dünyanın müsəlman əhalisinin sayı təqribən 16,5% artacaq. Bu, müsəlman əhalinin sayının təqribən 1/6-nin artması deməkdir (350 milyon nəfər). 2024-cü ildə dünya müsəlmanlarının sayı 2.12 milyard nəfər təşkil edir. 2034-cü ildə bu rəqəm 2.47 milyarda çatacaq. Beləliklə, 2024-cü ildə dünya əhalisinin ümumi sayında müsəlmanların payı 26.2% təşkil edirsə, 10 ildən sonra bu rəqəm 28.1%-ə çatacaq. Amma nəzərə almaq lazımdır ki, bu zaman Yer kürəsinin ümumi sakinlərinin sayının da 50% artacağı gözlənilir.

Daha çox göstər
Back to top button