AktualXəbərlər

“Məhəmməd Füzuli poeziyasının dili və üslubu” – respublika konfransı keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə, Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçirilib.

Tədbirdə çıxış edən Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli Füzulinin anadilli poeziyamızın başında duranlardan biri olduğunu söyləyib, onun türk xalqının dilinə yeni nəfəs gətirdiyini, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltdiyini vurğulayıb.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında Məhəmməd Füzulinin eşq fəlsəfəsindən və onun əsas mahiyyətindən danışıb. Bildirib ki, Füzuli yaradıcılığı ümumilikdə bir eşq poeziyasıdır. Professor Nadir Məmmədli Füzuli irsinin Azərbaycan xalqının əvəzоlunmaz mənəvi sərvəti olduğunu söyləyib, şairin həcmcə ən böyük əsəri olan “Hədiqətüs-süəda”dan (“Хоşbəхtlər bağçası”) bəhs edib. O, “Hədiqətüs-süəda”nın ədibin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi kimi səciyyəvi əsər olduğunu bildirib.

Ulu Öndər Heydər Əliyevin Məhəmməd Füzuli irsinin təbliği ilə bağlı gördüyü tarixi işlərdən danışan alim dahi liderin İraqda böyük bir heyətlə birgə Füzulinin qəbrini ziyarət etdiyini, şairin 500 illik yubileyinin Azərbaycanda yüksək səviyyədə qeyd olunduğunu xatırladıb.

Daha sonra professor Sayalı Sadıqovanın “Məhəmməd Füzuli əsərlərinin terminoloji leksikası” mövzusunda məruzəsi dinlənilib.

Daha çox göstər
Back to top button