AktualXəbərlər

Taliban qadınlara təhsil almaq hüququ verə bilər – Şərtlər hazırlanır

“Taliban” radikal islamçı qruplaşması qadınların təhsil almasına etiraz etmir, lakin islami prinsiplərə əsaslanmalıdır.
Bu barədə hərəkatın Qətərdəki siyasi bürosunun rəhbəri Süheyl Şahin bildirib.
Onun sözlərinə görə, hazırda xüsusi komissiya bu məsələni öyrənir: “Biz onun işinin nəticəsini gözləyirik”.
2022-ci ilin dekabrında Əfqanıstanda qadınların ali təhsil almasını qadağan edən qanun qəbul edilib. Belə ki, qız tələbələrin özəl və dövlət universitetlərinə qəbuluna icazə verilməyib.
Daha çox göstər
Back to top button