Azərbaycanın COP29 konfransını beynəlxalq standartlara uyğun təşkil etməsi və hər bir iştirakçını əhatə edən inklüziv platforma yaratması yüksək qiymətə layiqdir. Burada nümayiş etdirilən peşəkarlıq isə təqdirəlayiqdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində COP29 beynəlxalq iqlim konfransının iştirakçısı, Birləşmiş Ərəb Əmirliklərinin İslam Alimləri Şurasının rəhbəri və “İman pavilyonu”nun yaradıcılarından olan Muhammed Ar söyləyib.
O, Azərbaycanın qonaqpərvərliyinə və tədbirin inklüziv platforma olaraq davam etməsinə verdiyi töhfələrə görə minnətdarlığını bildirib: “Birləşmiş Ərəb Əmirliklərində başlanmış irsin burada – Bakıda da davam etdirilməsindən məmnunluq duyuruq. COP29 kimi mühüm konfransın Bakıda keçirilməsi İslam irsi ilə bağlı dəyərləri ön plana çıxarır”.