MOK-da İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyəti ilə görüş olub
Milli Olimpiya Komitəsində (MOK) İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə İSSA-nın baş katibi Nasser Ayman Mayali, strategiya və proqramlar direktoru Mazen Diab və millət vəkili, MOK-un İcraiyyə Komitəsinin üzvü, İSSA-nın “Qadın və İdmanda Gender Bərabərliyi” komitəsinin rəhbəri Könül Nurullayeva müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. O, 2017-ci ildə ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdiyini xatırladıb.
Nasser Ayman Mayali gələn il Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məlumat verərək yarışların uğurla təşkil olunacağına inandığını bildirib.
Görüş zamanı İslam Həmrəyliyi İdman Assosiasiyası ilə qarşılıqlı əlaqələr müzakirə edilib.