Bakıda “Beynəlxalq Tolerantlıq Günü” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Nizami rayonu, Keşlə qəsəbəsi “Şah Abbas” məscidində “Beynəlxalq Tolerantlıq Günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Bəhman Hüseynov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Rəşadət Hidayətov və Fərid Novruzov, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda çoxəsrlik multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycanı dünyaya sülhsevər ölkə kimi tanıdan əsas meyarlardan biri onun tolerant olmasıdır. Dövlətimizin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə əsrlərdir mövcud olan birliyin daha da möhkəmlənməsinə zəmin yaradır.
Tədbir müzakirələrlə davam etdirilib.