Xəbərlər

Qahirədə beynəlxalq Qurani-Kərim qiraəti müsabiqəsi keçirilir

Misirin paytaxtı Qahirə şəhərində 31-ci Beynəlxalq Qurani-Kərim qiraəti müsabiqəsi keçirilir.

AZƏRTAC “əl-Əhram” informasiya portalına istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi ilə təşkil edilən bu nüfuzlu müsabiqə dekabrın 10-dək davam edəcək. Yarışda 60 ölkədən 141 Qurani-Kərim qiraətçisi iştirak edir.

İfratçılığın qarşısının alınmasına və müqəddəs kitabın düzgün anlaşılmasına töhfə vermək məqsədilə Quranın hifzi, təfsiri və səhih qiraət qaydaları üzrə yarışma da müsabiqənin bölmələrinə daxil edilib. Müsabiqənin ümumi mükafat fondu 11 milyon Misir funtudur ki, bu da beynəlxalq Quran müsabiqələri tarixində ən böyük məbləğdir. Müsabiqə çərçivəsində kitab sərgisi də təşkil edilib.

Daha çox göstər
Back to top button