AktualXəbərlər

Bu gün Həzrət Fatimənin (ə) mövlud günüdür

Bu gün, cəmadiyül-axir ayının 20-si, Allah Rəsulunun (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (ə) mövlud günüdür.

Həzrət Fatimə (ə) besətin 5-ci ilində dünyaya gəlib. Bu zaman Peyğəmbərin (s) 45 yaşı olub. Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxtliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur.

Həzrət Fatimə (ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatıb ki, atası Rəsulüllah (s) onun haqqında buyurub: “Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir”.

Bu münasibətlə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara xoşbəxtlik arzulayırıq!

Daha çox göstər
Back to top button