Xəbərlər

Heydər məscidində vəhdət namazı qılınıb

“Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusundakı Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları dekabrın 22-də “Heydər” məscidində vəhdət namazı qılıblar.

Namazda respublikamızın müxtəlif bölgələrindən gəlmiş 100-ə yaxın din xadimi iştirak edib.

Müxtəlif məzhəb nümayəndələrinin vahid məkanda, eyni sırada düzülərək ibadət etmələri ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin bəhrələrindəndir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan məsciddə vəhdət namazının qılınmasıyla nəinki ölkəmizdə, eləcə də bütün dünyada olduqca gözəl ənənənin əsası qoyulub.

Daha çox göstər
Back to top button