AzərbaycanXəbərlər

Fələstinin Bakıdakı səfiri tələbələr üçün mühazirə oxuyacaq

Mayın 17-dən etibarən “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası”nın seminarlarına start verilir. Builki ilk onlayn mühazirəni xarici diplomat olaraq Fələstin dövlətinin Azərbaycandakı səfiri, cənab Nasser Abdulkərim A. Rəhimi oxuyacaq.

Mühazirə “İƏT Modeli” tələbələri üçün zoom üzərindən nəzərdə tutulsa da, məsələnin aktuallığını nəzərə alaraq onun mühazirəsi FB üzərindən canlı da yayımlanacaq və arzu edən hamı qoşulub izləyə, verilən suallara cavabları dinləyə bilər.

Mühazirə, 17 may, saat 16.00 təşkilatın FB və YouTube səhifələrindən ingilis dilində, Azərbaycan dilində qulaq asmaq istəyənlər üçünsə, “Model OİC” səhifəmiz üzərindən sinxron tərcümə ilə canlı paylaşılacaq. (Link aşağıda). Mövzu: “Fələstinin qısa tarixi və davamlı sülhün şərtləri”

2. Bundan əlavə layihənin ilk yerli ekspert kimi mühazirəçisi, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, hörmətli Aqil Şirinov olacaq.

Mövzu: “İslam Sivilizasiyası Dünyaya Nə Verdi?”
Bu mövzu da eyni səhifələrdə paylaşılacaq. 17 may, saat: 12:00

3. Layihənin ingilis dilində olacaq beynəlxalq mühazirəsinə qulaq asmaq istəyənlər isə sabah, saat 15.00 qoşula bilərlər. Mühazirəçi, İƏT Gənclər Forumu ARM-nin baş direktoru Elməddin Mehdiyev olacaq. Mövzu: “Role of international organizations in regional cooperation”. 17 may, saat 15.00

Qeyd edək ki, mühazirə “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası”nın üzvləri üçün nəzərdə tutulsa da, arzu edən hər kəs qoşula bilər.

https://www.facebook.com/ModelofOIC/

https://www.youtube.com/channel/UCL5YSn5dN7uMMtyVIvLC7kg

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button