Myanmada hərbi çevriliş və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə qarşı təşkil edilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 796 nәfәrә yüksəlib.
İslam.az az.shafaqna.com-a istinadən xəbər verir ki, Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı tərəfindən yayımlanan gündəlik hesabatda son 24 saat ərzində daha 6 nəfərin öldüyü bildirilib. Hesabatda ümumi can itkisinin 796 nәfәrә yüksәldiyi, daha 3 min 998 nәfәrin dә saxlanıldığı qeyd olunub.
Daha әvvәl verilən məlumatda hәyatını itirәnlәr arasında çox sayda uşağın olduğu bildirilmişdi.
Xatırladaq ki, fevralın 1-də Myanma ordusu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəsmi şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirmişdi və ölkәdә fövqәladә vәziyyәt rejimi elan etmişdi.
Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.