AktualXəbərlər

Məbəs gecəsinin və Məbəs gününün müstəhəb əməlləri

Həzrət Mühəmmədin (s) Allah tərəfindən peyğəmbərliyə təyin edildiyi gün “məbəs bayramı” kimi qeyd edilir.

Bu il yanvar ayının 27-dən 28-nə keçən gecə məbəs gecəsi, yanvarın 28-si isə məbəs bayramıdır.

Məbəs gecəsinin müstəhəb əməlləri bunlardan ibarətdir:

  1. Qüsl almaq.
  2. İmam Əlini (ə) ziyarət etmək (Nəcəfdə olmayanlar evdən də ziyarətnamə oxuya bilərlər).
  3. İşa namazını bitirdikdən sonra, gecə yarısına kimi müddətdə 12 rükət namaz qılmaq. Bu, 6 ədəd ikirükətlik namaz şəklində qılınır. Hər rükətdə “Fatihə” və bir qısa surə oxunur.

Namazı bitirdikdən sonra “Fatihə”, “Fələq”, “Nas”, “İxlas”, “Kafirun”, “Qədr” surələrini və ayətül-kürsini 7 dəfə oxumaq lazımdır.

Bundan sonra isə aşağıdakı dua oxunur:

“Əlhəmdu lillahil-ləzi ləm yəttəxiz vələda. Və ləm yəkun ləhu şərikun fil-mülk. Və ləm yəkun ləhu vəliyyun minəz-zulli və kəbbərhu təkbira. Allahummə inni əs’əlukə biməaqidi izzəkə əla ərkani ərşik. Və muntəhər-rəhməti min kitabik. Və bismikəl-ə’zəmil-ə’zəmil-ə’zəm. Və zikrikəl-ə’lal-ə’lal-ə’la. Və bikəlimatikət-tammati ən tusəlliyə əla Muhəmmədin və alih. Və ən təf’ələ bi ma əntə əhluh”.

Bu namaz insanın 60 illik ibadətinə bərabər tutulur.

 

Məbəs gününün müstəhəb əməlləri isə bunlardır:

  1. Qüsl almaq.
  2. Oruc tutmaq.
  3. Çoxlu salavat söyləmək.
  4. Peyğəmbəri (s) və Həzrət Əlini (ə) ziyarət etmək.
  5. 12 rükət namaz qılmaq (6 ədəd ikirükətlik namaz şəklində). Hər rükətdə bir dəfə “Fatihə” və “İxlas” surəsi oxumaq. Namazı bitirdikdən sonra “Fatihə”, “İxlas”, “Fələq” və “Nas” surələrinin hərəsini 4 dəfə oxumaq. Ardınca bu duanı 4 dəfə oxumaq:

“La ilahə illəllah. Vallahu əkbər. Və subhan Allah. Vəlhəmdu lillah. Və la hovlə və la qüvvətə illa billahil-Əliyyil-Əzim. Allahu Allahu rəbbi la uşriku bihi şey’a. La uşriku birəbbi əhəda”.

Məbəs gecəsinin və gününün digər müstəhəb ibadətləri də vardır; bunlar müvafiq kitablarda izah edilib.

Daha çox göstər
Back to top button