AktualXəbərlər

RAMAZAN GƏLİR. Dünyada necədir?

Xəbər verdiyimiz kimi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bu il Ramazan ayının mart ayının 1-dən başlaması ilə bağlı fətva verib.

Bir çox müsəlman ölkələrinin dini qurumları da martın 1-nin mübarək Ramazan ayının ilk günü olduğunu elan etmişlər. Bu ölkələr sırasına Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Qatar, BƏƏ, Bəhreyn, Fələstin, Küveyt, Livan, Şimali Afrika ölkələri (Tunis, Mavritaniya, Mərakeş), eləcə də, İndoneziya və Malayziya daxildir.

Eyni zamanda şiə dünyasının böyük mərceyi-təqlidləri Ramazan ayının bir gün daha sonra – mart ayının 2-si daxil olacağını elan etmişlər. Buna əsasən İran və İraqda Ramazan ayı 2 mart tarixindən qeyd olunmağa başlayacaq. Bundan əlavə Pakistanda da Ramazan ayının martın 2-də daxil olacağı elan edilib.

Xeyir və bərəkət ayı olan mübarək Ramazanın gəlişi münasibətilə bütün Azərbaycan və dünya müsəlmanlarını təbrik edir, ibadət və oruclarının qəbul olmasını Allahdan diləyirik.

Daha çox göstər
Back to top button