AzərbaycanXəbərlər

İlahiyyat tələbələri arasında esse müsabiqəsi keçirilir

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında esse müsabiqəsi keçirilir.

Müsabiqədə iştirak etmək istəyən tələbələr “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda esselərini 30 aprel 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqəyə təqdim edilən esselər “MS Word” proqramında, “Times New Roman” şrifti ilə 12 ölçüdə tərtib olunmalıdır.

Mətnin yuxarı sağ küncündə tələbənin adı, soyadı və ata adı; ixtisası və kursu; elektron poçt ünvanı; mərkəzdə essenin adı olmalıdır.

Esseler Azərbaycan dilində yazılmalı və söz sayı 700-1000 aralığında olmalıdır.

Təqdim edilən esselərin seçimi münsiflər heyəti tərəfindən müəyyən olunacaq. İlk 3 (üç) yerin qalibi mükafatlandırılacaq.

Əlaqə: İlahiyyat fakültəsinin dekanlığı (otaq 304).

Daha çox göstər
Back to top button