Xəbərlər

Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniya patriarxlığında görüş keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılığı ilə Rumıniyada səfərdə olan nümayəndə heyəti Rumıniya Pravoslav Patriarxal Kilsəsini ziyarət edib.

Daha sonra nümayəndə heyəti Rumıniya Patriarxının müavini Varlaam Ploieşti ilə görüşüb. Varlaam Ploieşti nümayəndə heyətini qəbul etməkdən məmnunluğunu ifadə edib.

Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunan  Varlaam Ploieşti multikulturalizmin mərkəzi kimi tanınan, dini-milli zəmində qarşıdurmanın heç vaxt olmadığı Azərbaycanın dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən bir sıra təşəbbüslərlə çıxış etməsini yüksək dəyərləndirib.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın nümunəvi dövlət-din münasibətləri, dinlərarası harmoniya, eləcə də dinc birgəyaşayış sahəsində əldə etdiyi uğurlar barədə danışıb. Bildirib ki, ölkəmizdə mütərəqqi dini dəyərlərin qorunması, vicdan və dini etiqad azadlığının təmin edilməsi, müxtəlif konfessiyalar arasında  həmrəyliyin dərinləşməsi üçün yaradılmış qanunvericilik bazası dinlərarası dialoqun hüquqi-siyasi əsasını təşkil edir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir.

Qeyd edək ki, görüşdə Patriarxın xarici işlər üzrə müşaviri Viorel Coman da iştirak edib.

Daha çox göstər
Back to top button