İslam dünyasıXəbərlər

Kərbəlada Beynəlxalq Quran Müsabiqəsi keçirilir

Kərbəla şəhərində “Əl-Əmid” Qurani-Kərim Tilavəti üzrə Beynəlxalq Müsabiqənin ikinci mərhələsi start götürüb.

Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, yarış Həzrət Abbas (ə) Hərəminin dəstəyi ilə keçirilir.

2-ci mərhələnin başlaması mübarək Ramazan ayının başlaması ilə üst-üstə düşüb. Bu mərhədə 22 ölkədən olan şəxslər iştirak edir.

Müsabuqə iki qrup üzrə davam edir: gənclərə və böyüklər. Gənclər qrupunda 10 nəfər, böyüklər qrupunda isə 30 nəfər iştirakçı var.

Ərəb, Asiya və Afrika ölkələrindən, o cümlədən də İraq, İran, İndoneziya, Əfqanıstan, Malayziya, Misir, CAR, Hindistan və digər ölkələrdən olan qarilər müsabiqədə iştirak edirlər.

Hərəmin Quran Elmi Şurasının sədri Əla əl-Musəvi bildirib ki, beynəxalq komitə beynəlxalq standartlara uyğun keçirilən müsabiqənin gedişatını izləyir.

Qeyd edək ki, “Əl-Əmid” Beynəlxalq Quran Tilavəti Müsabiqəsi Həzrət Abbas (ə) Hərəminin təşəbbüsüdür. Məqsəd isə Quran mədəniyyətinin təbliğidir. Müsabiqənin ilk turu 2024-cü ilin Ramazan ayında 21 ölkənin iştirakı ilə keçirilmişdi.

Daha çox göstər
Back to top button