DünyaXəbərlər

Məkkədə Quran muzeyi açıldı

Məkkə şəhərində Qurani-Kərim muzeyi açılıb.

Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, muzey şəhərin “Hira” mədəniyyət zonasında yerləşir.

Burada müqəddəs Quranın nadir və tarixi, həmçinin əlyazma nüsxələri saxlanılır.

Muzeydə sərgilənən eksponatlar ziyarətçilərə Qurani-Kərimin kitab nüsxəsi olaraq hazırlanması prosesi ilə tanış olmağa imkan verir.

Qeyd edək ki, adıçəkilən zona Hira mağarasının yaxınlığında yerləşir.

Daha çox göstər
Back to top button