İslam dünyasıXəbərlər

Türkiyədəki Bektaşi irsi minlərlə əcnəbi turisti cəlb edir

Hacı Bektaş Vəli tərəfindən eramızın XIII əsrində əsası qoyulmuş sufi təriqəti Osmanlı dövlətinin yaranmasında, türklərin Anadoluya yayılmasında mühüm rol oynayıb, bir çox qonşu ölkələrin, o cümlədən Balkanlar, Yaxın Şərq və Cənubi Qafqazda yaşayan xalqların özünüdərk prosesinə təsir göstərib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Nevşehir vilayətinin Hacıbektaş qəsəbəsindəki sufi təriqətinin mərkəzi hər gün dünyanın müxtəlif yerlərindən minlərlə turistin ziyarət etdiyi məşhur muzey kimi fəaliyyət göstərir. Ziyarətçilər tolerantlığı, insanlara sevgini və sosial bərabərliyi təbliğ edən təriqət üzvlərinin gündəlik həyatı, geyimləri və silahları ilə tanış olurlar. Hacı Bektaş Vəlinin öz tərəfdarlarına çağırışlarından biri də qadınların təhsili ilə bağlı idi.

Bektaşi təriqətinin ardıcıllarının dəqiq sayı məlum olmasa da, bir sıra tədqiqatçıların fikrincə, müəyyən dövrlərdə bu rəqəm milyonlara çata bilirdi.

Hər ilin avqust ayında dövlətin dəstəyi ilə Hacıbektaş qəsəbəsində təriqətin banisinin məqbərəsinin ərazisində festivallar keçirilir.

2012-ci ildə Hacı Bektaş Vəlinin məqbərəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Daha çox göstər
Back to top button