
Yaxın Şərqdə İŞİD-çilərin sayı yenidən artmaqdadır.
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə İraq xarici işlər naziri Fuad Hüseyn xəbərdarlıq edib.
“Biz regionda İŞİD terror təşkilatı üzvlərinin sayının çoxaldığını görürük, terrorçuların əlindəki silahların həcmi və onların nəzarətindəki ərazilərin sahəsi də artır“, – deyə o qeyd edib.
İraqli nazir bununla bağlı İŞİD-in terror təhlükəsi ilə mübarizə aparacaq regional səviyyəli və dünya ictimaiyyətinin də dəstəyini ala biləcək bir təşkilatın qurulmasını təklif edib.
XİN başçısı bildirib ki, Suriya ilə qonşu ölkələr terrorçuların fəaliyyətinə dair kəşfiyyat məlumatlarını bir-biriləri ilə bölüşməli və “xarici işlər nazirləri ilə yanaşı, müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin rəhbərləri səviyyəsindəki” daimi rabitədə də olmalıdır.
Fuad Hüseyn əlavə edib ki, rəsmi Bağdad “Suriyadakı vəziyyəti diqqətlə izləyir“, çünki İraqdakı daxili-siyasi vəziyyət bu ölkədəki vəziyyətdən əhəmiyyətli dərəcədı asılıdır.