AzərbaycanXəbərlər

Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında imzalanan memorandumun müddəti uzadılıb

Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində martın 12-də Qars Qafqaz Universitetində görüş keçirilib.

2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutu ilə Qafqaz Universiteti arasında imzalanan memorandum çərçivəsindəki əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib. Əlaqələrin inkişafına müsbət təsiri  nəzərə alınaraq, memorandumun müddəti daha 5 il müddətinə uzadılması barədə sənəd imzalanıb.

Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində hazırlanan fəaliyyət planı elmi-praktik əlaqələrin genişləndirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi və digər mövzuları əhatə edir.

Daha çox göstər
Back to top button