Xəbərlər

15 Ramazan – 16 mart İmam Həsənin (ə) mövludunun ildönümüdür

Bu gün (15 Ramazan – 16 mart) Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların ikinci imamı İmam Həsənin (ə) mövludunun ildönümüdür.

İmam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) ləqəbləri Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəbadır, sonuncu ləqəb daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq etmiş, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşmuşdur.

İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbristanlığındadır.

Bu mübarək gün münasibəti ilə islam.az kollektivi olaraq bütün müsəlmanları təbrik edir, onlara imam Həsən (ə) müdrikliyi və səbri diləyirik!

Daha çox göstər
Back to top button