Beynül-Hərəmeyndə uşaqlar və gənclər üçün Quran proqramı

Kərbəlada Beynül-Hərəmeyndə uşaqlar və gənclər üçün Qurani-Kərim tədbiri keçirilir.
Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, Quran proqramı hz.Abbas (ə) hərəmi nəzdindəki Qurani-Kərim Elm Məclisinin təşəbbüsü ilə mübarək Ramazan ayı münasibətilə keçirilib.
Bu, artıq sayca 3-cü bu cür tədbirdir və sözügedən tədbirlər hər il keçirilir.
Məqsəd uşaqlar və gəncləri Quranla daha yaxından tanış etmək, onlara Qurani-Kərim və Əhli-Beyt (ə) həyat tərzi barədə məlumatlandırmaqdır.
Məclis 11 martda start götürüb və 10 gün davam edəcək.
Bundan başqa, proqram çərçivəsində çox sayda maraqlı məşğuliyyətlər, mükafatlı İslami mövzulu müsabiqələr də keçiriləcək.
Həmçinin rəssamlıq istiqamətində də tədbirlər olacaq.
Bundan başqa, Nəhcül-Bəlağədən olan xütbə və göstərişlərin əzbərlənməsi ilə bağlı da proqramlar var.
Proqram gün 20:30-dan gecə yarısına qədər davam edir.