Dünyaİslam suallardaXəbərlər

İnsan Ramazan ayında bir neçə gün ardıcıl oruc tutmamışsa, onları qəza edən zaman yenə arıdıcıl oruc tutmalıdırmı?

Üzürsüz səbəbdən Ramazan ayının orucunu tutmamış şəxs mütləq bunu qəza etməlidir. Şəraitdən asılı olaraq onun boynuna qəza ilə yanaşı kəffarə (cərimə) də gəlir. Üzürlü səbəbdən (məsələn, xəstəliyə görə) oruc tutmayan adam da növbəti Ramazan ayına kimi üzrü aradan qalxsa (sağalsa), itirdiyi günlərin orucunu qəza etməlidir. Bu zaman qəza etdiyi orucları ardıcıl (bitişik) tutmağa ehtiyac yoxdur. Yəni məsələn, Ramazan ayında 5 gün ardıcıl oruc tutmamışsa, bunları qəza edərkən 5 gün ardıcıllığı gözləmək vacib deyil. İnsan istəsə həmin günlərin qəzasını bir gündən-bir fasiləylə, yaxud iki gün oruc tutub bir gün fasilə etməklə, ya da istədiyi vaxt intervalı ilə tuta bilər. Yetər ki, növbəti Ramazan ayına kimi qəza oruclarını bitirmiş olsun.
Yalnız cərimə (kəffarə) orucunda hər günün əvəzində 60 gün oruc tutarkən, ən azı 31 gün ardıcıl (bitişik) oruc tutmalıdır, qalan 29 günü isə fasilələrlə tuta bilər.

Daha çox göstər
Back to top button