İslam dünyasıİslam suallardaXəbərlər

Cüz nədir və Quranın hansı hissəsinə deyilir?

“Cüz” sözünün ərəb dilindən tərcüməsi “hissə, parça” deməkdir. Qurani-Kərimi rahat oxumaq və əzbərləmək məqsədilə 30 bərabər hissəyə bölmüşlər. Bunlara cüz deyilir. Hazırki Quran nüsxələrində hər cüz təqribən 20 səhifə həcmindədir. Hər cüz iki hizbə bölünür. Quran oxunuşu ənənələrindən biri də onu cüz-cüz oxumaqdır. Bəzən məscidlərdə Quran vərəqlərini 20 səhifə şəklində cüzlərə bölür, cildləyir və oxuyanların ixtiyarına verirlər. Yas məclislərində də Quranı cüz-cüz oxumaq ənənəsinə rast gəlinir. Müştərək halda Quran oxumaq istəyən adamların hərəsi cüzlərdən birini götürüb oxuyur. Beləliklə, qısa müddət ərzində bütöv Quran oxunub qurtarmış olur. Ramazan ayının hər günündə bir cüz Quran oxumaq ənənəsi də geniş yayılıb.

Daha çox göstər
Back to top button