İslam dünyasıXəbərlər

İranda 12 əsrlik qədimi məscid tapılıb

İranın qədim Ciroft şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 1200 il öncə inşa edilmiş məscidin qalıqları aşkar edilib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, həmin müsəlman ibadətgahı Səffarilər xanədanlığı zamanı inşa edilib.

“Biz (məscidə bitişik) əlavə ərazi də aşkar etdik, bu isə məscidin çox böyük ölçülərə malik olduğunu göstərir. Hazırda təxminən 1 000 kvadrat metr ərazidə qazıntı işləri aparılıb. Ehtimal etmək üçün əsaslarımız var ki, məscidin real sahəsi daha da böyükdür“, – deyə arxeoloji qrupun rəhbəri Həmid Şubək bildirib.

Məlumatların ilkin təhlilinə əsasən, şəhər əhalisinin sayının artması ilə məsciddə əlavə tikinti işləri aparılıb və onun ölçüləri daha da böyüdülüb.

“Qədim Ciroft şəhərində (əvvəlki adı – Səbzvaran) tapılmış məscid şərqi İslam ölkələrində aşkar edilmiş ən qədim məscidlərdən biri hesab edilir. Onun inşası Hicri təqvimi ilə 2-ci əsrdə Səffarilər sülaləsinin (861-1003) banisi Yaqub ibn Ləys əs-Səffari tərəfinin təşəbbüsü ilə olub“, – deyə Şubək qeyd edib.

Məscidin inşasının birinci mərhələsi Səffarilərin dövründə 3-cü Hicri əsrində başa çatdırılıb. Səlcuqların zamanında isə məsciddə əlavə işlər görülüb – kərpic və gipsdən bəzəklər, həmçinin yazılar əlavə edilib.

Ciroft orta əsrlərlə iri şəhərlərdən biri olub. Sözügedən məscid isə şəhərin mərkəzindən 12 km məsafədə olub.

Daha çox göstər
Back to top button