İslam dünyasıXəbərlər

Ayətullah Sistaninin nümayəndəsi Kerman vilayətinə səfər edib

Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Seyid Cavad Şəhristani Qum elmi hövzəsinin alim və mütəxəssislərindən ibarət heyətlə birlikdə Kerman şəhərinə səfər edib.

Kerman şəhərində yerləşən Salehiye Elmi Hövzəsində tələbələr, müəllimlər və hövzə alimləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Alulbeyt Qurani-Kərim Hafizləri İnstitutunun müdiri Məhəmməd Əli İslami və Ayətullah Şəhristaninin müşayiət heyətindən olan digər nümayəndələr Qurani-Kərimin əzbər metodlarını nümayiş etdirib. Ardınca, heyət adından Höccətülislam Xadəmi çıxış edərək, Ühüd döyüşünün ildönümü münasibətilə İmam Əli (ə) haqqında vilayət və fəzilət mövzusunda danışıb.

Sonrakı proqramda Ayətullah Şəhristani Kerman vilayətinin Müqəddəs Atabatın Bərpası İdarəsinə baş çəkib, İraqdakı müqəddəs ziyarətgahların bərpası ilə bağlı görülən işlərlə tanış olub və bu istiqamətdə keçirilən “Turbət Hüseyni” sərgisini ziyarət edib.

Daha sonra Ayətullah Şəhristani Sircan şəhərinə səfər edib, eləcə də Golkohar Sənaye və Mədən Kompleksini ziyarət edib. Ayətullah Şəhristani burada idarəçilər və əməkdaşlarla səmimi mühitdə görüş keçirib. O, bu görüşdə ölkənin gənc istedadlarına və insan kapitalına diqqət yetirilməsinin vacibliyindən danışıb, parlaq zəkaların və elmi potensialın ölkədən kənara axın etməsindən narahatlığını ifadə edib. O vurğulayıb ki, hər kəs olduğu yerdə bu istedadları aşkarlayıb, yetişdirməli və faydalı istiqamətdə yönləndirməlidir.

Ayətullah Şəhristani həmçinin, region ölkələrinin süni intellekt və innovativ texnologiyalar sahəsindəki sərmayələrinə işarə edərək bildirib ki, təəssüf ki, biz bu istiqamətdə hələ yolun əvvəlindəyik və daha da təəssüfvericisi odur ki, təbii istedadlara və gənclərimizin fitri qabiliyyətlərinə lazımi diqqət yetirilmir.

Daha çox göstər
Back to top button