Dünyaİslam suallardaXəbərlər

Ötən illərin qəza orucunu günün qısa olduğu zaman, yəni qış mövsümündə tutmaq olarmı?

Vacib olan Ramazan ayının orucunu hər hansı səbəb üzündən tutmamış şəxs bunu növbəti ilin Ramazan ayına kimi qəza etməlidir. Əgər oruc tutmamasının səbəbi (məsələn xəstəlik) növbəti ilin Ramazanına kimi davam etsə, o zaman qəzasını tutmaqdan azaddır, amma əvəzində fidyə verməlidir. Əgər vacib orucu üzürsüz yerə qəsdən tutmayıbsa və ya pozubsa, əksər hallarda qəzadan əlavə kəffarə də boynuna gəlir.

Ötən illərin qəza orucunu ilin istənilən ayında tutmaq olar. Susuzluqdan şox əziyyət çəkməmək xatirinə bunu ilin qış mövsümünə də salmaq mümkündür, bunda günah yoxdur. Amma unutmaq olmaz ki, buraxılmış orucların qəzasını tutmaq vacibdir, bunu etməyən şəxs Allah qarşısında cavabdehdir. Ola bilər ki, ömür vəfat etməsin və qəza orucunu tutmazdan əvvəl əcəl gəlsin.

Daha çox göstər
Back to top button