İslam dünyasıXəbərlər

Kəşmirdə terror törətməkdə şübhəli bilinən şəxslərin evlərində partlayışlar olub

Cammu və Kəşmirdəki terror aktı ilə əlaqəsi olduğu ehtimal olunan şəxslərin yaşadıqları iki evdə partlayışlar baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Rəsmilərin agentliyə verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri “Ləşkər-e-Taiba” qruplaşmasının iki üzvünün evlərində axtarış apardığı zaman bu binalarda yerləşdirilmiş partlayıcı qurğu partlayıb.

Partlayış nəticəsində binalar dağılıb. Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Daha çox göstər
Back to top button