İslam dünyasıXəbərlər

Daun sindromlu Əbdül-Lətif hafizi-Quran oldu

Misirli daun sindromlu Əbdül-Lətif 14 illik zəhmətinin nəticəsində Qurani-Kəimi tam əzbərləyərək hafiz olub.

O, hər bir hafiz kimi, öz biliklərini qoruyub saxlamaq üçün hər gün təkrarlamalar edir və 4 cüz oxuyur, 1 həftəyə isə Quranı, demək olar ki, xətm edir.

Onun İslam dininin müqəddəs kitabına olan eşqi uşaqlıq çağlarından başlayıb. O, Quran tilavətlərini dinləyərkən həmin an hansı surənin hansı ayəsinin oxunduğunu deyərdi.

Onun anası deyir ki, oğlu insanlara qarşı çox qayğıkeş və məhəbbətli biridir, həmçinin olduqca zəhmətkeşdir.

Anası bildirir ki, oğlunun danışa bilməsi üçün müalicələrə uzun illər sərf etmişdilər, lakin heç bir nəticə əldə edə bilmirdilər.

“Sonra bir gün həkimlərdən biri Quran öyrənməsi üçün onu müəllimə yanına göndərməyi məsləhət gördü. Əvvəlcə, onun üçün adi sözləri belə tələffüz etmək çətin idi, lakin o, təslim olmayıb 14 il ərzində Quranı tam əzbərləməklə tam aydın şəkildə danışmağı bacardı”, – deyə anası qeyd edib.

Daha çox göstər
Back to top button