DünyaXəbərlər

Fransada qədim müsəlman məzarları tapıldı

Fransanın cənubunda orta əsrlərə aid qədimi 3 məzar tapılıb. Həmin qəbirlərin isə müsəlmanlara məxsus olduğu ehtimal edilir.

Bir neçə əlamət dənf edilənlərin dini mənsubiyyətinin İslam olmasına işarə edir: onların üzləri Məkkəyə – qibləyə tərəf çevirilib, məzarların forması isə ənənəvi müsəlman qəbilərini xatırladır.

Bu qəbirlərin Fransa ərazisində qeydə alınmış ən erkən müsəlman məzarları ola bilər.

“Bu, Fransa ərazisinin məskunlaşmasına dair yeni təsəvvür formalaşdıracaq”, – deyə tədqiqatın müəlliflərindən biri olan, Bordo Universitetinin və Milli Preventiv Arxeoloji Araşdırmalar İnstitutunun arxeoloq və antropoloqu olan İv Qlez bildirib.

“Ümid edirəm ki, gələcəkdə yeni müsəlman məzarları da tapacağıq və bu, bizə Fransanın cənubunda müsəlmanların miqyasını müəyyən etməyə kömək edəcək”, – deyə o əlavə edib.

Qlez və onun həmkarları həmin məzarları Nim şəhərindəki qazıntılar zamanı aşkar ediblər.

“Biz erkən orta əsrlərdə Fransa ərazisində kənd yerlərindən birində tək-tək (müsəlman) məzarlarının olduğunu bilirdik. Lakin mən bu 3 qəbirdəki skeletlərin vəziyyətini gördükdə olduqca təəccübləndim”, – deyə o əlavə edib.

Qeyd edilib ki, orta əsrlərdəki ərəb imperiyasının genişlənməsi Aralıq dənizində ciddi siyasi və mədəni dəyişikliklərə səbəb olub. Həmin dövrlərdə Pireney yarımadasında müsəlmanların yaşadığı məlumdur, lakin yarımadanın şimalında İspaniyanı Avropanın digər hissəsi ilə ayıran dağ silsiləsindən sonra müsəlmanların mövcudluğuna dair izlər olduqca azdır.

Qlez, Monpelye və Marseldəki müvafiq olaraq XII və XIII əsrlərə aid qədimi müsəlman məzarları ilə tanış olduğunu deyib. Lakin Nimdəki qazıntıların radiokarbon tarixləndirmə üsulu ilə aparılmış analizi həmin qəbilərin yaşının daha çox olduğunu isbat edib. Yeni məzarlar VII-IX əsrlərə aid edilir.

Frasız alim bildirib ki, tarixi mənbələr VIII əsrdə Fransada müsəlmanların olduğunu təsdiqləyir, odur ki, yeni nəticələr də müvafiq məlumatlarla uyğundur.

Yeni tapılmış həmin qəbirlərdəki şəxslərin dəfn üslubuni, qalıqlarının DNT-sini analiz edərək onların kişi cinsiyyətlərini və təxmini yaşlarını da müəyyən edib.

Analizin nəticələri göstərib ki, onlar 30-50 yaş aralığında yetkin müsəlman kişilər olub. Onların cəsədləri sağ böyrü üstündə torpağa tapşırılıb, üzləri isə cənub-şərqə – Məkkəyə tərəf çevrilib. Həmçinin, məzarın forması da müsəlman ənənələrinə xasdır.

DNT və mitoxondrial DNT (ana xətti ilə bağlı) analizləri həmin kişilərin əslən Şimali Afrikadan və ya həmin regionla əlaqəli olduqlarını göstərib.

Bu faktlar həmin kişilərin Şimali Afrikada yaşayan yerli müsəlma bərbər xalqının nümayəndələri olduğuna işarə edir və həmin xalqın nümayəndələri də orta əsrdə ərə ordusunda döyüşlərdə iştirak ediblər. Araşdırmaçıların fikrincə, həmin məzardakı adamlar VIII əsrdə Avropanı tutmuş Əməvilər imperiyasının ordusunun üzvləri olublar.

“Hazırda onların Şimali Afrikada doğulduqlarını tam əminliklə deyə bilmərik, lakin onların Fransadakı mövcudluğu, şübhəsiz, bərbərlərin ərəb ordusunda iştirakı ilə bağlıdır”, – deyə o qeyd edib.

Tapıntılar orta əsrlərdə Fransanın cənubunda müsəlmanların da olduğuna işarə etsə də, hələ ki, onların yerli əhali ilə hansı əlaqələrdə olduğu məlum deyil.

“Skeletlərdən biri, şübhəsiz ki, 50 yaşdan yuxarı ola birinə aid olub və ola bilsin ki, o, öz ölümünədək bir neçə il Nimdə yaşayıb”, – deyə o əlavə edib.

Daha çox göstər
Back to top button