Dünyaİslam suallardaXəbərlər

Hansı surəni Peyğəmbərimiz Quranın üçdən-bir hissəsi adlandı¬rırdı?

Bu, Qurani-Kərimin sıra ilə 112-ci surəsi olan “İxlas” surəsidir. Onu bəzən “Tovhid” və ya “Qul huvəllah” da adlandırırlar. “İxlas” 4 ayədən ibarətdir, surədə Allahın təkliyindən, şəriksiz və ehtiyacsız olma­sından danı­şılır. Müsəlmanlar gündəlik həyatda bu surədən tez-tez, özü də adətən, “Fatihə” surəsi ilə birlikdə istifadə edir­lər. Məsələn, namazın birinci və ikinci rükətlərndə, həmçi­nin, rəhmətə getmiş şəxsin ruhuna hədiyyə olaraq “Fatihə”dən sonra “İxlas” surəsini oxuyurlar.

Bir çox mənbələrdə məsumların dilindən qeyd edilib ki, “İxlas” surəsi Quranın üçdən-bir hissəsi kimidir. Hətta bəzi hədislərdə deyilir ki, bu surəni 3 dəfə oxuyan şəxs Quranı tam oxuyub bitirmiş kimidir. Əlbəttə, yalnız “İxlas” surəsini 3 dəfə oxuyan adam bütün Quranın hikmət və nəsihətlə, şəriət hökmləri ilə, keçmiş ümmətlərin əhvalatları ilə dolu ayələrini oxumuş olmur. Bu hədisin məqsədi əvvəla, surənin üstünlüyünü və fəzilətini göstərməkdir. İkincisi, hədis bütün Quranı oxumağı bacarmayan şəxslərə ünvanlanıb.

Daha çox göstər
Back to top button